4 C
Baku
Monday, January 13, 2025

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40%-dən çox artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 21 778 aktiv vergi ödəyicisi olub.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 40,5% çoxdur.

O cümlədən, son 1 ildə muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 28% artaraq 548-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 13,1% artaraq 6 025-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər