Naxçıvanda “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılıb. Mərkəz 2 hektara yaxın ərazini əhatə edəcək. Hazırda qazıntı işləri görülür.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,8 milyon manat vəsait ayrılıb. Bu da işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək.

Naxçıvan şəhərinində inşa edilən Gənclər Yaşayış Kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksdə dəmir-beton və hörgü-suvaq işləri görülür. Qeyd edək ki, kompleksdəki binalardan ikisi 7, dördü isə 5 mərtəbəlidir.

Naxçıvan şəhərinin Babək məhəlləsindəki 15 nömrəli çoxmərtəbəli yaşayış binasında da tikinti işləri davam etdirilir.