“Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılması ilə bağlı işlər davam edir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, mərkəzlə bağlı son tamamlanma işləri gedir:
“Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə müvafiq işlər görür. Yəqin ki, bu il ərzində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”.