2023-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasının(MR) Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 106.8 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 41% və ya 31 milyon manat çoxdur.
Naxçıvan DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% və ya 35 milyon manat artıb.
Qeyd edək ki, cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60% və ya 6 milyon manat artım qeydə alınıb.