12 C
Baku
Monday, February 16, 2026

Naxçıvanda bank əmanətləri 50% artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 38.3 milyon manat əmanəti olub.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 50,1 % çoxdur.

Əmanətlərin 93,1 %-i milli, 6,9 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 48,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 % artıb.

Son xəbərlər
Digər xəbərlər