2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126 milyon 837 min 300 manat məbləğində kreditlər verilib.
Banker.az Naxçıvan Statistika İdarəsinin yaydığı məlumata əsasən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 26.8 faiz çoxdur.
Belə ki, verilmiş kreditlərin 15 milyon 192 min 200 manatı və yaxud 12 faizi qısamüddətli, 111 milyon 645 min 100 manatı və yaxud 88 faizi uzunmüddətli kreditlər olub.