Naxçıvan Muxtar Respublikası (NMR) Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri işdən çıxarılıb.
Bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasib Sevindik Vəliyev vəzifələrindən azad olunublar.