2021-ci ilin ilk rübündə Naxçıvanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 48 milyon 368 min 200 manat kredit verilmişdir.
Banker.az Naxçıvan Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, verilmiş kreditlərin 8 milyon 829 min 600 manatı və yaxud 18.3 faizi qısamüddətli, 39 milyon 538 min 600 manatı və yaxud 81.7 faizi uzunmüddətli kreditlər olmuşdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir.