26 C
Baku
Wednesday, April 24, 2024

Naxçıvanda bu ayın pensiya və müavinətləri ödənilib

Naxçıvanda yanvar ayının əmək pensiyaları, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağa qulluğa, uşağın anadan olması görə və dəfn üçün birdəfəlik verilən müavinətlər ödənilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə ümumilikdə pensiya ödənişinə 16 milyon 123 min 314 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 418 min 952 manat vəsait sərf olunub.

Pensiya və müavinətlər kartlara köçürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən, ümumi əsaslarla pensiya təyin edilmiş şəxslərə rüb ərzində 50 manat məbləğində, ümumilikdə il ərzində 200 manat olmaqla ödənilən maddi yardımın bir aya düşən məbləği, yəni 16,66 manat bu ay həmin şəxslərin pensiyalarının tərkibinə daxil edilərək ödənilib.

Ümumiyyətlə, əmək pensiyaçılarına bu ay 640 min manat əlavə vəsait verilib ki, bu da ümumilikdə muxtar respublikada əmək pensiyaçılarına il ərzində 7 milyon 680 min manat əlavə vəsaitin ödənilməsi deməkdir. Bundan başqa, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aldıqları aylıq maddi yardım da bu aydan həmin şəxslərin pensiyalarının tərkibinə daxil edilərək ödənilib.

Növbəti aydan 2023-cü ilin 1 yanvar tarixindən hesablanmaqla minimum pensiyanın artım məbləği və indeksasiya faizi ilə artan pensiya məbləğləri əmək pensiyaçılarının hesablarına köçürüləcəkdir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər