18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Naxçıvanda bu il kredit götürənlərin sayı artıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 795 min 700 manat məbləğində kreditlər verilib.

Banker.az Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 30% çoxdur.

Belə ki, verilmiş kreditlərin 17 milyon 353 min 800 manatı və yaxud 10.5 faizi qısamüddətli, 147 milyon 441 min 900 manatı və yaxud 89.5 faizi uzunmüddətli kreditlər olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər