19 C
Baku
Sunday, October 13, 2024

Naxçıvanda bu il rabitə xidmətlərinin dəyəri 2 mln. manat artıb

Bu ilin yanvar-noyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 52 milyon 39 min manat təşkil edib.

Banker.az Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 327 min artım deməkdir.

Hesabat dövründə ümumi xidmətlərin 79,2%-i mobil rabitənin payına düşüb. Belə ki, bu ilin yanvar-noyabr aylarında rabitə xidmətlərinin dəyəri 41 milyon 250 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.6% artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər