26 C
Baku
Saturday, July 27, 2024

Naxçıvanda bu xidmətin dəyəri 3% artıb

2022-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 52 milyon 255 min manat olub. Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3% çoxdur.

Komitədən verilən məlumata əsasən, bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 38 milyon 757 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1.7% artıb.

 

Son xəbərlər
Digər xəbərlər