2023-cü ilin ötən dövrü ərzində 11 halda təkliflər sorğusunda istifadəyə razılıq verilib, 283 kotirovka sorğusunun və 96 açıq tenderin yekun protokollarına qanunvericiliyə müvafiq olaraq baxılıb və İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb.
Bu fikirləri “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib. O bildirib ki, cari ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur.
“Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz və ya 35 milyon manat artıb. 2023-cü ilin ötən dövrü ərzində 11 halda təkliflər sorğusunda istifadəyə razılıq verilib, 283 kotirovka sorğusunun və 96 açıq tenderin yekun protokollarına qanunvericiliyə müvafiq olaraq baxılıb və İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb. Vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 10-a yaxın xidmət göstərilir ki, bu xidmətlərdən 7-i elektronlaşdırılıb” – deyə, T.Əliyev vurğulayıb.