10 C
Baku
Wednesday, December 11, 2024

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Agentlikdən bildirilib ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, emal müəssisəsində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların yararsız olduğu, dezinfeksiya işlərinin aparılmadığı, döşəmə və tavanın tamlığının pozulduğu, obliqat qrup işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyənləşib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər