7 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda çörəyin qiyməti “əl yandırır”

Azərbaycan adambaşı çörək istehlakına görə dünyada yüksək göstəriciyə sahibdir.

Azərbaycan vətəndaşı il ərzində təqribən 130 kiloqram çörək istifadə edir.

Çörəyə tələbatın çox olduğu Naxçıvan əhalisi də şəhər ərazisində satılan çörəyin qiymətindən, çəkisindən və keyfiyyətindən narazıdır.

Bakıda 500-650 qramlıq çörəklərin qiyməti 50-70 qəpik, Naxçıvanda isə 300 qramlıq çörəyin qiyməti bir manatdır.

Sakinlər çörəyin içinin tam bişmədiyini və keyfiyyətinin aşağı olduğunu bildiriblər:

“Axşam alınan çörəyi səhər yemək mümkün olmur”.

Daha ətraflı süjetdə:

Son xəbərlər
Digər xəbərlər