Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 5 947 mülkiyyət hüququnun qeydiyyatını aparıb.
Nazirlikdən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
O cümlədən, 7 ay ərzində fərdi yaşayış və bağ evi üzərində 2 095, mənzil üzərində 969, torpaq sahəsi üzərində 2 509, qeyri-yaşayış binası üzərində 90, qeyri-yaşayış sahəsi üzərində 261, əmlak kompleksi üzərində 22, çoxmənzilli yaşayış binası üzərində isə 1 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.