7 C
Baku
Tuesday, January 7, 2025

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4% artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı və hazırlanmış texniki sənədlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,8% və 4,2% çoxdur.

Bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Bundan başqa, o deyib ki, bu ilin mart ayından Naxçıvanda dövlət əmlakları elektron sistem üzərindən qeydiyyata alınır: “İndiyə qədər 406 dövlət müəssisəsinin və təşkilatının balansında olan 4 808 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər