10 C
Baku
Saturday, December 21, 2024

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 249 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2% çoxdur.

Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, 8 ay ərzində 94 yeni icarə müqaviləsi bağlanılıb. Bunun 57-i qeyri-yaşayış sahələrinə, 37-ü isə torpaq sahələrinə aid olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər