28 C
Baku
Sunday, July 21, 2024

Naxçıvanda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

2023-cü ilin ötən 4 ayı ərzində muxtar respublika üzrə 1026 torpaq sahəsi, 86 qeyri-yaşayış binası, 117 qeyri-yaşayış sahəsi, 574 mənzil, 1254 fərdi yaşayış evi, 4 çoxmərtəbəli yaşayış binası, 45 əmlak kompleksi kimi müəssisə olmaqla, ümumilikdə 3106 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.

22 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bununla yanaşı, müraciətlər əsasında 1137 daşınmaz əmlakın texniki pasportu, 1266 torpaq sahəsinin planı və ölçüsü olmaqla, 2403 texniki sənəd hazırlanıb. 2750 texniki sənədin parametrləri daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 3943 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün 7062 ərizə qəbul olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 29.5% artıb.

Muxtar respublikanın rayonlarında da yüksək aktivlik müşahidə olunur. Ötən 4 ay ərzində xidmətin yerli qurumları tərəfindən ümumilikdə 887 əmlaka dair texniki pasport, 1157 torpaq sahəsinə dair plan-ölçü hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xidmətin yerli qurumları tərəfindən hazırlanmış texniki pasportların sayı 74%, plan-ölçülərin sayı 48% artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər