7 C
Baku
Saturday, April 13, 2024

Naxçıvanda dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub.

Bu barədə “Dövlət satınalmaları haqqında” Azərbaycanın yeni Qanununun tətbiqi ilə bağlı tədbirdə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb.

“Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, – F. Nəcəfli qeyd edib.

Son xəbərlər
Digər xəbərlər