Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 8 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvar-avqust aylarında 94 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 57-si qeyri-yaşayış sahələrinə, 37-si isə torpaq sahələrinə aid olub.
Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 8 ayı ərzində 249 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz çoxdur.