Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsində ötən ilin eyni dövrü ilə müqayisədə 65.8% çox – 137.3 min manat vəsait daxil olub.
Bunu “Naxçıvanda şəffaf və rəqabətli hərraclar” mövzusundakı keçirilən tədbirdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, 6 ay ərzində Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 59 yeni müqavilə bağlanılıb. Həmin müqavilələrin 30-u qeyri- yaşayış, 29-u isə torpaq torpaq sahələrinə dair olub.
Bundan başqa, A.İsmayılov qeyd edib ki, hesabat dövründə özəlləşdirmədən və icarədən isə büdcəyə ümumilikdə 1.4 milyon manata yaxın vəsait daxil olub ki, bu, 1 il əvvələ nisbətən 5.5 dəfə çoxdur.
Nazir müavini bildirib ki, ilin ilk yarım ilində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8 dəfə çoxdur.