10 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən gəlirlər 10 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gəlirlər bu il kəskin artıb.

Bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib. Bu özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

Bildirilib ki, daxilolmaların kəskin artımı müraciətlərin sayının artımı, keçirilən hərracların sayının artması ilə bağlıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər