Naxçıvan Muxtar Respublikasında adi ipoteka kreditlərinin maksimal məbləği 100 min manatdan 150 min manata, güzəştli ipoteka kreditlərinin maksimal məbləği isə 90 min manatdan 100 min manata çatdırılıb.
Bununla bağlı qərarı “Naxçıvan İpoteka Fondu” ASC yerli Nazirlər Kabinetinin verdiyi tapşırıq əsasında qəbul edib.
Məqsəd əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması, xüsusilə gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılmasıdır.