Naxçıvan Muxtar Respublikasında sentyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13.6 % artaraq 14 258-ə çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 36.4 % artaraq 431-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 12.3 % artaraq 5 024-ə çatıb.