22 C
Baku
Thursday, April 18, 2024

Naxçıvanda elektron cihazlar Bakıdan ucuzdur?

Paytaxta daxil olan elektron avadanlıqlar, cihazlar Naxçıvan şəhərindəkindən daha bahadır. Bunu ora gedən paytaxt sakinlər qeyd edirlər. Onların qeydlərinə əsasən burada 800 manata olan, kondisioneri oradan 500 manata almaq olar. Əsaslandırma da onunla bağlıdır ki, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olduğu üçün, ora idxal olunan mallara güzəşt olunur. Hətta bundan istifadə edən işbazlar da var ki, mənfəət əldə edir.

Məsələnin qanunvericiliyinə nəzər salaq. Fiziki şəxs, şəxsi istifadəsi üçün gətirdiyi avadanlığın Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə 1 000 ABŞ dolları idxal rüsumundan azaddır. Misalla bunu qeyd etsək, yəni 2 000 ABŞ dollar dəyərində olan kondisionerin 1000 ABŞ dollar hissəsinə gömrük rüsumu tətbiq olnumur. Yalnız onun 2 000-1 000 = 1 000 ABŞ dolları hissəsinə 36 faizlik idxal rüsumu tətbiq edilir. Nəticədə şəxs 2000 ABŞ dollarına aldığı mal respublikaya 2 000 + ( 1 000*36%) = 2 360 ABŞ dollarına idxal olunur.

Məsələ tam aydın olsun deyə, bununla bağlı Naxçıvan Gömrük Komitəsinə 21 fevral 2019-cu il tarixdə elektron məktubla sual ünvanladım. 28 fevral 2019-cu il tarixində mənə cavab məktubu gəlib.

Onların məktubda göstərdikləri qeydə, nəzər salaq.

“21.02.2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığınız elektron müraciətinizə cavab olaraq bildirilir ki, muxtar respublika ərazisinə idxal olunan mallar üçün gömrük ödənişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının

xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli 500 nömrəli və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarlarına və Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə uyğun olaraq hesablanır. (http://customs.gov.az/modules/pdf/pdffolder/42/FILE_72BF8E-4C3B16-9B472A-4B5826-001794-F48C35.pdf)

Qanunvericiliyə uyğun olaraq digər güzəştlər nəzərdə tutulmamışdır.

Naxçıvan Muxtar Respublikasının

Dövlət Gömrük Komitəsi”

Gördüyünüz kimi, yuxarıda göstərilən güzəştdən əlavə hər hansı güzəşt nəzərdə tutulmamışdır. 

MÜƏLLİF
Rauf Qarayev
İqtisadçı-ekspert

 

Son xəbərlər
Digər xəbərlər