11 C
Baku
Sunday, November 17, 2024

Naxçıvanda fəaliyyət göstərən 18 sahibkara güzəştli kredit ayrılıb

Cari ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb.

Fonddan bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 907 min manat güzəştli kredit ayrılıb. Layihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Son xəbərlər
Digər xəbərlər