21 C
Baku
Saturday, May 4, 2024

Naxçıvanda fermerlərə subsidiyaların verilməsi qaydası müəyyənləşib

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi qaydası müəyyənləşib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 27 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər