10 C
Baku
Wednesday, November 13, 2024

Naxçıvanda güzəştli kreditlərin məbləği 3 dəfəyə yaxın artıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.

Naxçıvanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çoxdur.

Bu ilin 3 ayında qaytarılan kreditlərin məbləği 1.7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur.

Bu ilin I rübündə 290.2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər