11 C
Baku
Monday, November 18, 2024

Naxçıvanda həkimlərin əməkhaqları yeni QAYDADA ödəniləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş Qaydaları təqdim olunub.

Banker.az xəbər verir ki, tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr veriləcək.

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanacaq.

Beləliklə, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşacaq. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişəcək. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alacaq.

 

Son xəbərlər
Digər xəbərlər