6 C
Baku
Monday, December 16, 2024

Naxçıvanda hərrac vasitəsilə 6 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Nazirliyin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, hərracda qeydiyyatdan keçmiş 22 sifarişçi muxtar respublikanın 9 bələdiyyəsinə məxsus 6 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üzrə rəqabətin iştirakçısı olub.

Qeyd edək ki, sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılan torpaq sahələrinin ilkin satış və icarə qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

Şəffaflığın təmin edilməsi məqsədilə hərracın videoçəkilişi aparılıb.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında hərrac yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70-ə çatıb. Ötən 7 ayda keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər