Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 1 milyon 650 min ton yük, 11 milyon 192 min 200 sərnişin daşınıb.
Bu barədə Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə yük daşınması 1,1%, sərnişin daşınması isə 1% artıb.
Bundan başqa, bu ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9% artaraq 9 milyon 173 min 600 manat olub. Xidmətlərin 46,3%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.