2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,5 milyon manatdan çox olub.

Banker.az xəbər verir ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 17,3 faiz artıb və 16,4 milyon manat təşkil edib.