Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 1,7 milyon manatdan çox olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 22,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.