2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin dəyəri 50 milyon 710 min 700 manat olub, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7.2 faiz çoxdur.
Banker.az bu barədə MR-in Dövlət Statistika Komitəsinə istinadən verir.
Komitənin hesabatına əsasən, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 38 milyon 91 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1.4 faiz artıb.