2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 230,7 milyon manat təşkil edib.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 37 % çoxdur.
İllik büdcə daxilolmalarının 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin, 2,3 milyon manatı Əmlak Məsələləri Dövlət Xidmətinin, 1,8 milyon manatı isə digər mənbələrin payına düşüb.