33 C
Baku
Tuesday, July 16, 2024

Naxçıvanda istehlakçılara 157 min manatdan çox ƏDV geri qaytarılıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 545 232 kassa çeki üzrə 157.1 min manatdan çox, bu ilin aprel ayında isə 182 721 kassa çeki üzrə 52.6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3.9 dəfə, qaytarılan məbləğ üzrə 2.5 dəfə artım olub.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17.5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər