6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda istehlakçılara 374 min manatlıq ƏDV geri qaytarılıb

Bu il avqustun 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət-kassa aparatlarının sayı 1 896 ədəd, yanvar-iyul aylarında onlarla qeydə alınan dövriyyə isə 101.3 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, 7 ayda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373.8 min manat, təkcə iyul ayında isə 83.7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ 4 dəfə çox olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər