Bu ilin yanvar-aprel aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 122,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 milyon manat və ya 2,9 dəfə çoxdur.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu il mayın 1-nə regionda quraşdırılmış yeni nəsil NKA-ların sayı 3 329 ədəd olub.
İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,3 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin 4 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artaraq 439,7 min manat olub.