2024-cü il martın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.136 ədəd olub.
Banker.az xəbər verir ki, cari ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və ya 3,8 dəfə çoxdur
Bu il martın 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min manat, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.