16 C
Baku
Friday, October 18, 2024

Naxçıvanda istilik sistemli kombilərin istehsalına başlanılıb

Naxçıvanda “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri ilə yanaşı istilik sistemli kombilərin istehsalına başlanıb.

8 mərhələli istehsal prosesi ilə yığılan istilik sistemli kombi cihazları 24, 28 və 32 kilovatlıq olmaqla 3 müxtəlif növdə hazırlanır.

İstilik cihazların istehsalı zamanı istifadə olunan avadanlıqlar İtaliyanınn “Çed” və “Sigma 845”, Türkiyənin qabaqcıl istilik sistemləri istehsal edən EMKO və Almaniyanın “Grundfos” firmalarının məhsullarıdır. Müəssisədə hazırda gündəlik 40 istilik cihazı hazırlanır. Lakin tələbat artarsa, növbəli iş rejiminə əməl olunmaqla istehsal olunan cihazların sayı artırılacaq.

Qeyd edək ki, istehsal olunan məhsullar “Magna” əmtəə nişanı ilə satışa çıxarılacaq.

Mütəxəssislərin çаlışdığı müəssisədə 11 nəfər işlə təmin olunub.

3 1 2 1

MənbəReport
Son xəbərlər
Digər xəbərlər