Naxçıvanda kənd təsərrüfatının kreditləşməsi 15% artıb

Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 4 milyon 156 min 800 manat kredit verilib.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə verilən kreditlər bir il öncəki göstəricidən 15.7% çoxdur.

Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.