Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 275,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.
Son 1 ildə muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,8% artaraq 158,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,5% artaraq 117,3 milyon manat olub.