Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 100 milyon 40 min 100 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,6 dəfə çoxdur.
Banker.az bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Verilmiş kreditlərin 10 milyon 899 min 400 manatı və yaxud 10,9 faizi qısamüddətli, 89 milyon 140 min 700 manatı və yaxud 89,1 faizi uzunmüddətli kreditlər olmuşdur.