2022-ci ilin ilk yarımilində Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 141 mln. 221 min 500 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 31.1% çoxdur.
Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, verilmiş kreditlərin 12 mln. 144 min 400 manatı və yaxud 8.6%-i qısamüddətli, 129 mln. 77 min 100 manatı və yaxud 91.4%-i uzunmüddətli kreditlər olub.