10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda kreditləşmənin həcmi kəskin artıb

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 143,18 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur.

Verilən kreditlərin 14,76 mln. manatdan çoxu və yaxud 10,3%-i qısamüddətli, 128,41 mln. manatdan çoxu və yaxud 89,7%-i uzunmüddətli kreditlər olub.

1 yanvar 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 84936-ya çatıb ki, bunun da 74781-i və ya 88% aktiv hesablardır. ötən ildə açılan 28767 bank hesabının 28631-i aktiv hesablar olub.

1 yanvar 2020-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 278-ə çatdırılıb.

©APA

Son xəbərlər
Digər xəbərlər