1 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117, POS-terminalların sayı isə 1481 ədəd təşkil edib.
Banker.az Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə yaydğı məlumata əsasən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 75 milyon 867 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 571 manat artıqdır.
Cari ilin 8 ayı ərzində nağdsız ödənişlərin 24 milyon 106 min manatı POS-terminallar, 51 milyon 761 manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilmişdir.