22 C
Baku
Saturday, June 7, 2025

Naxçıvanda nağdsız ödənişlər təxminən 53 % artıb

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi 119,731 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 % çoxdur.

Hesabat dövründə Naxçıvanda ödəniş kartlarının sayı 0,6 % artaraq 304 595-ə çatıb.

Bu il aprelin sonuna muxtar respublikada 2 990 POS-terminal, 97 bankomat və 364 ödəniş terminalı olub ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,6 % çox, 25,4 % az və 30 % çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər