Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavinləri işdən çıxarılıblar.
Bununla bağlı aprelin 10-da muxtar respublika Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov sərəncam imzalayıb.
Sərəncamlara əsasən, Samrat Nurəddin qızı Gəncəyeva və Zeynəb Natiq qızı Mənsimova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad ediliblər.