8 C
Baku
Monday, December 2, 2024

Naxçıvanda növbəti torpaq hərracında 7 sifarişçi qalib olub

Bu gün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 7 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Belə ki, Culfa və Kəngərli rayon bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrinin hərracında iştirak etmək üçün 13 sifarişçi qeydiyyatdan keçib və iddiasında olduğu əmlak üçün ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.

Məlumat üçün bildirək ki, Mərkəz tərəfindən “Azərterminalkompleks” Birliyi ilə bağlanmış müqaviləyə əsasən ilk dəfə olaraq 4 noyabr 2024-cü il tarixində gömrük hərracı və 17 noyabr 2024-cü il tarixində Ordubad rayonunda yerləşən kiçik dövlət müəsissəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Əmlakların satışı ilə bağlı növbəti hərracın isə 6 dekabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər